İran Quran Xəbər Agentliyi (İQNA): Livanda çap olunan “Əl-enteqad” qəzetinin məlumatına əsasən, İmam Rza (ə) adına mədəniyyət konqresi Səkkizinci İmamın mübarək viladəti münasibətilə Hizbullah şura rəhbəri Seyyid Haşim Səfiəddinin nəzarəti ilə açıldı.
Bu konqres Beyrutda ən böyük mədəniyyət ocağı hesab olunur və Livanın “Əl-baqiyat-Əl-salihat” cəmiyyətinin sərmayəsi ilə açılmışdır.
Seyyid Haşim Səfiəddin açılış mərasimində çıxış edərək dedi: Amerika bu gün zəiflədiyi üçün qorxu altındadır, hər bir şeyi öz mənafeyini qorumaq üçün qurban verməyə hazırdır, amma uğur əldə edə bilməyəcək.
Hizbullah şurasının rəhbəri dedi: Amerika hal-hazırda Misirdə baş verən hadisələrə görə məsuliyyət daşıyır, çünki bu ölkə strateji baxımından bölgələrə bölünməkdədir.
Seyyid Haşim Səfiəddin xatırlatdı: Amerika demokratiyadan uzaqdır, çünki İsrayilin Fələstinə etdiyi zülmlər qarşısında sakit dayanıb. 878564