İran Quran Xəbər Agentliyi (İQNA): «iloubnan» xəbər bürosunun məlumatına əsasən, Ayətullah Qeblan İslam torpaqlarına hücum etmiş düşmənlərin məkrli hiylələrinin təhlükələrini xatırladaraq dedi: bu cür təhlükələrin və hərc-mərcliyin qarşısında onlara müqavimət göstərməkdən çəkinmək məntiqsiz bir işdir.
O əlavə etdi: Livan xalqı milli birlik və vəhdət nümayiş etdirərək Livanın da düşmənlərin tələsinə düşməməsinə görə çalışmalıdırlar.
Ayətullah Qeblan sözlərinin sonunda dedi: Livanda milli birlik bu ölkənin bəzi ərəb ölkələrinin vəziyyətinə düşməməsinə səbəb olacaq. Həmin vaxt Livan rəsmiləri də çalışmalıdırlar ki, bu cür təfriqə və ixtilafdan uzaqlaşsınlar, çünki onların Liavn xalqı üzərində çox böyük məsuliyyətləri var. 882346