İran Quran Xəbər Agentliyi (İQNA): 18-ci beynəlxalq sərginin keçirildiyi İmam Xomeyni (r) kompleksində iştirak edən milli Banqladeş xəbər agentliyinin baş katibi Mumtaz Belqis bu barədə belə açıqlama vermişdir: Tunislilər öz keçən həftəki seçkilərində İslam partiyalarına səs verdilər , həmçinin Liviya və Misir də İslam partiyalarını dəstəklədi.
O bildirdi ki, qərblilər öz hərbi qüvvələrinə baxmayaraq müsəlman xalqının qarşısında tab gətirə bilməzlər.
Belğis sonra Milli Banqladeş icmal xəbər agentliyindən danışaraq bildirdi ki, bu xəbər agentliyi 1972-ci ildə yaradıldı və mədəni, ictimai, siyasi xəbərləri beynəlxalq aləmə yayımlamağa başladı.
Qeyd olunmalıdır ki, 18-ci beynəlxalq mətbuat və xəbər agentlikləri sərgisinin növbəti hissəsi aban ayının 6-da açıldı. 889062