İran Quran Xəbər Agentliyi (İQNA): islam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, Rusiyada yeganə müsəlman qadını jurnalı olan rus dilli “Müslimanka” jurnalının baş redaktoru Gülnar Camal Tehranda keçiriləcək ilk beynəlxalq “Müsəlman qadınlarının nəşrləri” adlı festivalda iştirak etmək məqsədilə İrana səfər edəcək.
Rusiya Federasiyasının müsəlman qadın jurnalı olan “Müslimanka” islam qurumları və “Rusiya müftiləri” şurasının həmkarlığı ilə nəşr olunur, indiyə kimi həmin jurnalın 12 sayı Rusiyada yaşayan müsəlman qadınlara təqdim olunub.
927488