IQNA

“İmam Sadiq (ə) və 40-cı məzhəb” adlı kitabın 6-cı cildi ruandi dilinə tərcümə olundu

15:29 - January 09, 2012
Xəbər sayı: 2254136
Elm və təfəkkür şöbəsi: Müəllifi Əsəd Heydəri olan “İmam Sadiq (ə) və 40-cı məzhəb” adlı kitabın 6-cı cildi ərəb dilindən ruandi dilinə tərcümə və nəşr olundu.
İran Quran Xəbər Agentliyi (İQNA) : Afrika məntəqə şöbəsinin məlumatına əsasən, bu 534 səhifəlik kitab tədqiqatçı, tərcüməçi, “Tahirə itrət kitabxanası” nın rəhbəri Şeyx Harun Şikelin vasitəsilə tərcümə olundu.
Bu kitab çapdan əvvəl “Camiətül Mustafa (s)”-da 4-cü kurs tələbəsi Hüseyn Şəhid Heyəti Mananın vasitəsilə redaktə edilmişdir.
Bu kitabın tərcüməsi Əhli-beyt (ə) dünya mədəniyyət cəmiyyətinin tərcümə komissiyasının nəzarəti altında həyata keçirilmişdir.
Qeyd olunmalıdır ki, ruandi dili Ruanda və Brundi ölkələrinin rəsmi dilidir. 922388
captcha