IQNA

Malaziyada qızılla işlənmiş Quran nümayişə qoyulmuşdur

20:49 - January 11, 2012
Xəbər sayı: 2255759
Beynəlxalq şöbə: Bir qızılla işlənmiş qədim Quran ilk dəfə olaraq Bəhmən ayının 25-də Malaziyanın Terenqanu əyalətində başlamış Çin islam xəzinələri sərgisində nümayişə qoyulmuşdur.
İran Quran Xəbər Agentliyi (İQNA): «The Star» qəzetinin məlumatına əsasən, Terenqanu əyalət muzeyinin rəhbəri Məhəmməd Yusif Abdullah bu barədə belə dedi: Bu qızılla işlənmiş Quran altı aylıq nümayişdə tamaşaçıların ixtiyarına verilmiş bir islam abidəsidir.
O, əlavə etdi: Bu qızılla işlənmiş Quranın 500 illik tarixi var və Çində Ming imperatorunun dövrünə aiddir.
Məhəmməd Yusif həmçinin dedi: Bu qızılla işlənmiş Quran Osmanlı imperatorluğunun dövründən nəsx xəttindən istifadə etməklə yazılmağa başlamış və ondan sonra bu Quran bir islam alimi vasitəsilə Şərqi Türküstana gətirilmişdir. 931601
captcha