İran Quran Xəbər Agentliyi (İQNA): “Sefirnyuz” xəbər bürosunun məlumatına əsasən, Nanter şəhər müsəlmanları şurası elan etdi ki, ibadətkarlar dünən sübh çağı məsciddə sübh namazı qılarkən bu məkanın dər-divarında müsəlmanlar əleyhinə şüarların yazıldığının şahidi olmuşlar və bu barədə polisə məlumat vermişlər.
Nanter şəhərinin rəhbəri bəyannamə nəşr edərək bu addıma qarşı kəskin mövqeyini bildirdi və dedi: Bu irqçilik addımlarını pisləyirik, ümid edirik ki, təhlükəsizlik qüvvələri tez bir zamanda bu addımların səbəbləri və səbəbkarlarını araşdırıb tapacaqlar.
Qeyd olunmalıdır ki, son aylar ərzində, xüsusən də cari milady ilin əvvəllərində Fransada islam mərkəzlərinə və məscidlərinə hücum artmışdır. Bütün bu addımlara baxmayaraq Fransa dövləti heç bir rəsmi addım atmamış və bu barədə fəaliyyət aparmamışdır. 938593