IQNA

Əlcəzayirdə islam koalisiyasının təşkil olunması tələb edildi

12:28 - February 08, 2012
Xəbər sayı: 2271157
Beynəlxalqşöbə: Əlcəzayirin milli islah partiyası bu ölkənin bütün islam partiyalarından tələbetdiki, bir islam koalisiyası yaratmaqla, parlament seçkilərində iştirak etsinlər.
İran Quran XəbərAgentliyi (İQNA): «elwatan» xəbər bürosunun məlumatına əsasən, Əlcəzayirin milli islah partiyasının rəhbəri bildirdi ki, islam partiyalarının qeyri-rəsmi şəkildə parlament seçkilərində iştirak etməsi onların qələbəsinə mane olur. İslam partiyaları bir böyük islam koalisiyası yaratmaqla birlik və vəhdət şəklində parlament seçkilərində iştirak etməlidirlərki, qəti qələbəyə nail ola bilsinlər.
Əlcəzayirin milli islah partiyasının rəhbəri əlavəetdi: islam koalisiyasının təşkili həmçinin seçkilərdə hərcür qeyri-qanuni işlərin qarşısını alacaq. Bütün islah partiyasının qapıları islampartiyalarının üzünə açıqdır və koalisiya yaratmaq təklifiilə razıolan hə rbir qurumlar bizə müraciət edə bilər.
Qeyd olunmalıdır ki, keçən illər ərzində Əlcəzayirdə ki seçkiləri həmişə çətinliklərlə üzləşib. 947411
captcha