IQNA

Çikaqoda Quran müsabiqəsi keçiriləcək

10:36 - February 27, 2012
Xəbər sayı: 2281549
Beynəlxalq şöbə: Yeni ilin Fərvərdin ayının 12 və 13 də Amerikanın Çikaqo şəhərində Qurani-Kərimin hifzi müsabiqəsi keçiriləcək.
İran Quran Xəbər Agentliyinin (İQNA) «getmistified» xəbər portalına istinadən verdiyi məlumata görə, bu müsabiqə 3 mərhələdə Quranın 4 də bir hissəsi, Quranın yarı hissəsi və Quranı bütöv şəkildə hifz bilənlər arasında olacaq.
Müsabiqə səhər saat 8 dən axşam saat 12 yə qədər davam edəcək.Müsabiqədə iştirak edənlərin Quranı təcvidlə oxumalarına ciddi nəzarət olunacaq.
Müsabiqə Amerikada islam universitetlərinin dəstəyi ilə təşkil ediləcək.
captcha