İQNA xəbər agentliyinin “tf1” xəbər bürosuna istinadən verdiyi məlumata əsasən, Belçika müsəlmanlarının İcra Şurasının rəis müavini İzabel Pray “İsabelle Praile” bildirdi: bir sıra şahid və sübutlara əsasən İmam Rza (ə) məscidində baş vermiş yanğını radikal Sələfilər törətmişlər.
O davam etdi: İmam Rza (ə) məscidi Belçika şiələrinin ən əsas ibadət ocağıdır. Bir neçə ildir ki, Vəhhabilərin hədə-qorxuları səbəbi ilə Belçika polisinin nəzarəti altında fəaliyyət göstərir. Bazar ertəsi saat 19-00 radələrində bir nəfər naməlum şəxs məscidə hücum edərək yanğına səbəb olmuşdur. Təəssüflər olsun ki, məscidin imam camaatı və namaz qılanlardan bir nəfər tüstüdən boğularaq şəhid olmuşlar. Məscid yanğın nəticəsində tam yararsız vəziyyətə gəlmişdir.
Brüssel polisi yanğınla əlaqədar bir nəfər şübhəli şəxsin saxlandığını bildirir. Amma onun kimliyi barədə hələ də izah verilmir.
971046