IQNA

İslamabad- Mədinə təyyarə reysi açıldı

13:39 - March 18, 2012
Xəbər sayı: 2293545
Siyasi və ictimai şöbə: İlk dəfə İslamabad- Mədinə təyyarə reysi açıldı. Ömrəyə getmək istəyənlər bu dəfə təyyarə ilə Pakistanın paytaxtı İslamabaddan birbaşa Mədinəyə uça biləcəklər.
İQNA xəbər agentliyinin məlumatına əsasən, Pakistanın hava limanı ilk olaraq Mədinəyə birbaşa təyyarə reyslərinin açıldığını xəbər verdi. Zəvvarlar rahat şəkildə İslamabaddan birbaşa Mədinəyə uça biləcəklər.
Əvvəllər Ömrəyə gedən zəvvarlar Multan və Kəraçi şəhərlərinin hava limanlarından istifadə edirdilər. İndi isə İslamabaddan birbaşa reyslərin açılması vətəndaşları olduqca sevindirir. Uçuşlardan öncə bir sıra problemlər var idi ki, az bir zamanda aradan qaldırıldı.
Xatırladaq ki, əvvəllər Həcc zəvvarları İslamabaddan Cəddəyə uçur və daha sonra isə Mədinəyə gedirdilər. Amma hal-hazırda zəvvarlar birbaşa Mədinə şəhərinə uça biləcəklər.
972303
captcha