IQNA

Lahurda Quran həftəsinin yekun mərasimi keçirildi

1:29 - March 19, 2012
Xəbər sayı: 2293703
Ədəbiyyat və incəsənət şöbəsi: “Quran, İslami Oyanış Kitabı” adlı seminarın yekun mərasimi keçirildi. Quranın nadir nüsxələri nümayiş etdirilən bu sərgidə İran və Pakistanın bir sıra görkəmli şəxsiyyətləri iştirak etdi.
İQNA xəbər agentliyinin məlumatına əsasən, seminarın keçirilməsindən əsas məqsəd müsəlman qardaşların Quran məfhumları, Quranın İslami Oyanışlarda rolu, Quranın əhəmiyyəti və onun təlimləri ilə tanış olmaları idi.
“Quran, İslami Oyanış Kitabı” adlı seminar bu həftə öz işini yekunlaşdırdı.
Quranın nadir nüsxələri nümayiş etdirilən sərgidə Təbriz Hünər universitetinin toxuduğu dünyanın misilsiz xalçası da nümayiş etdirildi.
973722
captcha