IQNA

Bu ilin şüarı; Milli istehsal, İranın sərvətinə və əməyə dəstək ili

13:12 - March 20, 2012
Xəbər sayı: 2293912
Siyasi şöbə: İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei, Novruz bayramı münasibəti ilə İran xalqını təbrik edib. O ölkədə daxili istehsalın rövnəqlənməsi məqsədi ilə bu ili “Milli istehsal, İranın sərvətinə və əməyə dəstək ili” adlandırıb.
İQNA xəbər agentliyinin İslam İnqilabının Rəhbərinin dəftərxanasına istinadən verdiyi məlumata əsasən, İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei, Novruz bayramı münasibəti ilə xalqı təbrik edib. O iran xalqının bütün iqtisadi ərsələrdə hazır olmasının zəruriliyini vurğulayaraq bildirdi: İqtisadi cihadın əsas bölmələrindən biri də milli istehsaldır. Əgər İran xalqı əzm, iradə, mətanət və dəqiq proqramlarla daxili istehsal problemini həll edə bilərsə, o zaman düşmənin yaratdığı bütün manelərə qələbə çalacaqdır.
Ali dini lider bildirib ki, İranın düşmənləri ötən ilin əvvəlindən ölkəsinə qarşı düşmənçilik tədbirlərinə başlasa da, İran xalqı, rəsmiləri öz ehtiyatlı tədbirləri ilə bu sanksiyalarla mübarizə apara bilib. Ötən ilin şüarı olan "İqtisadi cihadın" heç zaman bitməyəcəyini vurğulayan Xamenei əlavə edib ki, iqtisadi məsələlərin ən mühüm aspektlərindən biri yerli istehsaldır. O, yeni ili "Milli İstehsal, İranın sərvətinə və əməyə dəstək ili" adlandırıb. 974390
captcha