İQNA xəbər agentliyinin “lebanonfiles” saytına istinadən verdiyi məlumata görə, Suriya Vəqf nazirliyi, Livan Müsəlman alimləri cəmiyyətinin həmkarlığı ilə aprelin 10-da Dəməşqin milli “Əl-Əsəd” kitabxanasında “Suriya alimlərinin Qüdsə yardım” konfransı keçirildi. Konfransda İordaniya, Fələstin və Livan alimləri iştirak ediblər.
Bu bir günlük konfrans, üç iclasdan ibarət oldu; birinci iclasda “Qüds və Əqsa məscidi” adı ilə İslam ümməti və onun rəhbəri, beynəlxalq qanunlra əsasən Qüds məsələsi, İslam alimlərinin Qüdsə yardımı və s. mövzular müzakirə edildi.
İkinci islasda “Suriya alimləlrinin bu mərhələdəki rolu” adı altında milli və etnik vəzifələrə nail olmaq üçün səylər, təhrik edici fətvaların rolu ümmətin birliyinə zərəri və s. mövzular barədə söhbətlər olundu.
Üçüncü iclas isə bəyanat və təkliflərə ixtisas verilmişdi.
982654