İQNA xəbər agentliyinin Mərkəzi Asiya şöbəsinin verdiyi xəbərə görə Qırqızıstan paytxatı Bişkekin dövlət muzeyində aprel ayının 12-də "Adep Başat" inkişaf fondunun və yerli Qırğız xeyriyyəçilərinin həmkarlığı ilə Quran qiraət və hifz müsabiqəsinin son turu keçirildi.
Xəbərə əsasən Kəramətullah Həbibullah oğlu birinci yer, Nurməhəmməd Yarmətov ikinci yer və Əbdülməcid oğlu Nurullah üçüncü yerə layiq görülmüşlər.
Bu üç mərhələli müsabiqədə 400 nəfərdən çox iştirak etmişdi ki, bunlardan 35 nəfəri son tura qədər yarışı davam etdirə bilmişdilər.
Müsabiqədə 1-ci yeri tutana 100 min sum, 2-ci yerə 30 min sum və 3-çü yerə isə 20 min sum mükafat verildi.
985110