IQNA

Əfqanıstanda "Müqavimət hərəkatı" kitab mütaliəsi yarışı keçiriləcək

11:20 - April 18, 2012
Xəbər sayı: 2307440
Mədəniyyət və incəsənət qrupu: Cümə günü Əfqanıstanda Kabulun Məhəmədiyyə mədrəsəsində "Müqavimət hərəkatı", cihad, Əfqanıstan şəhidləri və şəhidlik mövzusunda geniş miqyaslı kitab mütaliəsi yarışı keçiriləcək.
İQNA xəbər agentliyinin İslam mədəniyyəti və əlaqələri təşkilatı şöbəsinin verdiyi xəbərə görə bu yarışın kitabları Xatəmun-nəbiyyin elmi hövzəsi, Cəfəriyyə məscidi, Muhəmmədiyyə mədrəsəsi və Əfşarsilu bazarında Əfqanıstanın "Əfqan cavanları elmi-mədəni birliyi" tərəfindən paylanacaqdır.
Yarışın qalibləri Həcc, Kərbəla, Suriya və Məşhəd ziyarətgahlarını ziyarət etmək imkanı ilə mükafatlandırılacaqlar.
987206










captcha