Mədəniyyət və İncəsənət qrupu: Özbəkistanda Milli və Qədim geyimlər sərgisi Özbək kimliyini, mədəniyyətini, incəsənətini və keçmiş adət-ənənələrini tanıtdırmaq üçün hal-hazırda keçirilmək üzrədir.
İQNA xəbər agentliyinin İslami mədəniyyət və əlaqələr idarəsi şöbəsinin verdiyi məlumata görə bu festivalda ki, may ayının 2-də xarici ölkələrin nümayəndələrinin və səfirlərinin iştirakı ilə öz işinə başlamışdır, İİR-in Mədəniyyət işləri nümayəndəsi Həmid Müstəfəvi də nitq söylədi. O dedi: "Geyim növü bütün mədəniyyət və sivlizasiyaların tanınmasında böyük rola malikdir və müqəddəs İslam dinində də buna önəm verilmişdir".
O, Özbəkistanda müxtəlif tayfaların yaşamasına işarə edərək dedi: "Özbəkistan xalqının yaşayış tərzini və milli geyimlərini sərgiləmək bu günün nəsilləri arasında dərin atifi əlaqələrin yaranmasına və milli adətlərə ehtiramla yanaşmalarına səbəb olacaqdır".
O, sonda dedi: "Ümidvaram ki, yaxın gələcəkdə iki ölkənin milli geyimləri festivalının şahidi olaq və iki ölkənin milli və mədəni oxşarlıqlarını tanıtdıraq".