İran Quran xəbər Agentliyinin (İQNA) xəbərinə görə Şeyx Mazin Saidi - İraq ‘İkinci Şəhid Sədr' İnstitutuna bağlı Quran Dərnəkləri başçısı və İraqda Beynəlxalq Quran Yarışmasının ikinci dövrünü təşkil edən səlahiyyətlisi, Hz. Rüqəyyə (ə) Quran İnstitutu Başçısı ilə etdiyi yığıncaqda bu xəbərin açıqlanmasıyla əlaqədar olaraq bu yarışmanın bu il mübarək Şaban ayında İraqda təşkil ediləcəyini söylədi.
Bazar günü (6 May) müqəddəs Qum şəhəri Hz. Rüqəyyə (ə) Quran Mərkəzində təşkil edilən görüşmədə iki tərəf bu yarışmada müvəffəqiyyət təmin etmənin ən yaxşı yolları və bununla əlaqədar mövzuları mübahisə və müzakirə etdilər.
Bu yarışmanın Şaban ayında edilməsi təyin olundu, lakin ikinci Şəhid Sədr İnstitutuna bağlı Quran Dərnəkləri tərəfindən qəti tarix hələ təyin olunmamışdır.
İraq Beynəlxalq Quran Yarışmasının ilk turu keçən il mübarək Şaban ayında 16 İslam ölkəsinin nümayəndələrinin qatılmasıyla təşkil edildi və böyük müvəffəqiyyət əldə etdi.
1002769