İQNA - nın (İRAN QURAN XƏBƏR AGENTLİYİ) 25-ci Tehran Beynəlxalq Kitab sərgisinin düzənləndiyi yerdən verdiyi xəbərə görə Universitet Cihadının mədəniyyət müavini Əlirza Zücaci İslami Oyanış salonunun müxtəlif bölmələrinə baxış keçirərkən xüsusi olaraq İslami Oyanış İnformasiyası saytı bölməsinə baxış keçirdi.
Bu saytın məsulları saytın mühüm fəaliyyətləri haqqında lazım olan izahları verdilər. Əlirza Zücaci jurnalistlərin suallarını cavablandırandan sonra bu saytın Ərəb dili bölməsini açıq elan etdi.
Qeyd edək ki, İslami Oyanış saytı (www.bidarieslami.com) keçən bir-neçə ay ərzində Fars və İngilis dillərində fəaliyyət göstərirdi.
1004160