İQNA xəbər agentliyinin Avropa bölgə şöbəsinin verdiyi məlumata əsasən, Braziliya İslami İşlər Şurası və Braziliyi İslami Milli Birlik Təşkilatının təşəbbüsü ilə keçirilən bu konfransda müsəlmanların görkəmli şəxsiyyətləri və bir sıra yerli səlahiyyətlilər İslam dini barədə çıxış etdilər.
Camal Paşa Braziliyada İslam dininin sürətli bir şəkildə yayıldığını və bir çox insanın İslam dininə cəzb olduğunu söylədi.
Paşa əlavə etdi: İnsanlarla Portuqalca danışa bilən din alimlərinin İslam dininin tanınmasında böyük rollları vardır.
Braziliya İslami İşlər Məclis Sekretarı Şeyx Xalid Təqiyuddin Əli çıxışında bildirdi: İslam dini Braziliya təşkilatlarının əhəmiyyətli və təsirli bir parçasıdır və eyni halda İslam dini Braziliyanın sürətlə inkişaf etməsində əhəmiyyətli rol daşıyır.
O davamında İslam dininə hörmət göstərmənin bütün ilahi dinlərə hörmət göstərmək olduğunu bildirdi. Belə ki bu hörmət bütün dünya insanlarına birlik və sülh bəxş edəcəkdir.
Konfransın sonunda Braziliya İslami Təşkilatlar Birliyi bu gündə İslam dinini tanıtmaq məqsədi ilə Portuqalca olan bəzi kitabları ödənişsiz olaraq insanlara payladı.
1013367