IQNA

Moskva beynəlxalq müsəlman qadınlar yığıncağına evsahipliyi edəcək

10:59 - May 23, 2012
Xəbər sayı: 2332355
Elm və Düşüncə şöbəsi: Rusiya Müsəlmanları Dini İdarəsinin məlumat şöbəsi, Beynəlxalq müsəlman qadınlar yığıncağının 26 may şənbə günü Moskvada keçiriləcəyini bildirdi.
İQNA xəbər agentliyinin Avropa bölgə şöbəsinin məlumatına əsasən, bu yığıncaq Rusiyadakı təhsil və elm mərkəzi olan “Əl-vəsətiyyə”nin səyləri, habelə bu ölkənin müsəlman qadınlar təşkilatı və “womansoul.ru” Veb saytının təşəbbüsü ilə Ritz-Carlton otelində təşkil olunacaq.
Rusiya Müsəlmanları Dini İdarəsinin məlumat şöbəsi bütün maraqlananların bu konfransa qatıla biləcəyini və qonaq natiqlərin müsəlman qadınların problemləri barədə çıxış edəcəklərini bildirdi.

1012999
captcha