IQNA

Azərbaycanda Dini Fəalların tutulması əleyhinə mitinq

21:59 - May 24, 2012
Xəbər sayı: 2333233
Siyasi-İctimai qrup: Yüzlərlə Bakı şəhər əhalisi dini və siyasi fəalların tutulması və onlara qarşı olunan təzyiqlərin əleyhinə may ayının 21-də etiaz mitinqi keçirdilər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Mərkəzi Asiya şöbəsinin "Aran" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Yüzlərlə Bakı şəhər əhalisi dini və siyasi fəalların tutulması və onlara qarşı olunan təzyiqlərin əleyhinə may ayının 21-də Bakının mərkəzində etiaz mitinqi keçirdilər. Etirazçıların bir qismi polis tərəfindən döyülüb tutuldular.
Bu xəbərə görə etirazçılardan 30 nəfəri Bakının Ədəbiyyat muzeyinin önündə toplaşaraq siyasi dustaqların azadlığını istədilər. Onlar Bakı meriyasının binasına tərəf getmək istədiyi zaman polis yolu bağlayın onların hərəkətinin qarşısını aldı.
Xəbər görə polis bulvarda da etirazçıların mitinqinin qarşısını almışdır.
Mitinqlər "Hal" sarayında yarım finalların keçiriləcəyi zaman baş vermişdi.
Qeyd edək ki, İlham Əliyev hökuməti insan haqlarının pozulması, şəxsi yaşayış evlərinin sökülməsi və digər iqtisadi və ictimai fəsadlar törətməkdə günahlandırılır.
1014897
captcha