IQNA

"İslam Tibbi və Tibbur-Riza (ə)" sisilə mövzuları araşdırılacaq

11:56 - May 31, 2012
Xəbər sayı: 2338201
Sağlamlıq-Səhiyyə qrupu: Rəzəvi İslam Elmləri Universitetinin Mədəni İşlər Eksperti dedi: "İslam Tibbi, Sünnəti Tibb (Türkəçarə - Bitkilərlə dərman) və Tibbur-Riza (ə) – (İmam Rzanın (ə) tibbi hədisləri)" sisilə mövzuları müzakirə toplantısı "İslami və Sünnəti Tibb" araşdırmalar mərkəzinin təşəbbüsü ilə Rəzəvi İslam Elmləri Universitetində keçiriləcəkdir.
Hüseyn Şəriəti - Rəzəvi İslam Elmləri Universitetinin Mədəni İşlər Eksperti, İQNA ilə müsahibəsində bu məsələyə işarə edərək dedi: Rəzəvi İslam Elmləri Universitetinin "İslami və Sünnəti Tibb" araşdırmalar mərkəzi il boyunca İslam Tibbi, Sünnəti Tibb (Türkəçarə - Bitkilərlə dərman) və Tibbur-Rizada (ə) ekspert və mütəxəssiləri bu toplantının il ərzində keçirilməsində yoldaşlığa dəvət etmişdir.
O, Bu toplantının ikinci iclası cari ilin oktyabr ayında "Kəramət" həftəsində (İmam Rzanın (ə) təvəllüdü) keçiriləcəyinə işarə edərək dedi: Keçən il bu toplantı "Tibbur-Riza (ə)" risaləsinin mütəxəssis və həvəskarlarının iştirakı ilə keçirildi və hamı tərəfindən maraqla qarşılandı. Və "Tibbur-Riza (ə)" və "Zəhəbiyyə" risaləsinin təfsiri il ərzində davam etdi.
Şəriətinəjad dedi: Bu ildə də həmin ünvanla toplantı təşkil olunacaq və bütün maraqlı insanlar və ustadlar bu mövzu ilə əlaqədar bu iclasda iştirak edə bilərlər.
Həmçinin Ramazan ayında Quran sərgisində də İslami Tibb haqqında məlumatlar otağı təşkil olunacaq və bu barədə müzakirələr və fikri mübadiləsi ediləcəkdir.
1019905
captcha