IQNA

Bağdadda İmam Kazımın (ə) ziyarətçilərinin yolunda bomba partladı

23:41 - June 13, 2012
Xəbər sayı: 2346371
Beynəlxalq qrup: Bu gün (13 iyun) İraqın müxtəlif yerlərində, o cümlədən Bağdadda İmam Kazımın (ə) ziyarətçilərinin yolunda bomba partlaması bir-neçə insanın ölümü və yaralanması ilə nəticələndi.
İQNA-nın “Əl-Aləm” saytına istinadən verdiyi xəbərə görə Bu gün (13 iyun) İraqın müxtəlif yerlərində, o cümlədən Bağdadda İmam Kazımın (ə) ziyarətçilərinin yolunda bomba partlaması doqquz insanın şəhid olması və 37 nəfərin yaralanması ilə nəticələndi.
Başqa bir bomba Kərbəla şəhərinin mərkəzində partıadı ki, bu partlayış 3 şəhid və 15 yaralı ilə nəticələndi.
Bu gün Hillə, Səlahüddin, Mosul, Əlkut və Kərkük şəhərlərində də partlayışlar oldu. Bu partlayışlar İmam Kazım (ə) şəhadəti ərəfəsində və 33 min İraq polisinin gücləndirilmiş iş rejimində işlədiyi vaxtda baş vermişdir.
1029373
captcha