İQNA-nın (İran Quran Xəbər Agentliyi) «agro-media» saytına istinadən verdiyi xəbərə görə bu məhsul barkod oxuyan bir proqramdır. Bu proqram 50 min yeyinti məhsullarını tanıya bilir və nəzərdə tutulan məhsulun halal, haram ya şübhəli olduğunu bildirir.
Xanım Ris Mabik – Smartgig şirkətinin müdiri, bu proqramın hazırlanması səbəbi haqqında deyib: Mən müsəlmanam və İslam dininin üsul və əsaslarına etiqadım var və yaxşı bilirəm ki, halal məhsulları böyük satış mərkəzlərində semib almaq çətin bir məsələdir. Buna görə ki, yemək qidalarına artırılan 1400 - dən çox məhsul növləri vardır ki, biz bilməliyik bunların hansı biri hansı yemək növünə artırılmışdır. Həmçinin bilməliyik ki, bu əlavə olunan elementlər halal məhsul hesab olunurlar ya haram.
Bu proqram Ramazan ayının əvvəllərindən Google Marketdə yerləşdiriləcəkdir.
1036491