IQNA

“Təbəssüm üçün millərlə yol” sülh və humanistlik karvanı Qəzzə sahillərinə çatdı

7:13 - July 11, 2012
Xəbər sayı: 2365659
Beynəlxalq qrup: “Təbəssüm üçün millərlə yol” adı altında humanitar yardım karvanının 14-cü karvanı iyul ayının 7-də Rəfəh keçid məntəqəsindən keçərək Qəzzə sahillərinə çatdı.
İQNA-nın “CPİ” saytına istinadən verdiyi xəbərə görə iyul ayının 7-də Ərəb və Avropa ölkələrindən olan 41 İnsan haqları aktivistləri Fələstin parlanment nümayəndələrinin iştirakı ilə Qəzzə sahillərində qarşılandı.
İsam Yusif - “Təbəssüm üçün millərlə yol” karvanının rəisi, dedi: Biz Qəzzə sahilləri sakinləri ilə birlik peymanı baölamaq üçün bu regiona gəlmişik. Ümid edirik ki, Misirdə yeni bir dövranın başlanması Qəzzə mühasirəsinin ləğvi üçün bir addım olacaqdır.
Fələstinin İctimai işlər naziri: Bu karvanın Qəzzə sahillərinə gəlişi bu sahillərdən mühasirənin götürülməsi və bunun ərəb xalqlarının istəyi olduğuna işarədir.
Bu karvan öz humanitar yardımlarını sionist rejimi mühasirəsində olan fələstinlilərə çatdıracaqdır.
1047305
captcha