IQNA

İndoneziyada İslam Fəlsəfəsi mədrəsəsi açıldı

16:53 - July 17, 2012
Xəbər sayı: 2371126
Elm və Fikir qrupu: “Sədra” İslam Fəlsəfəsi mədrəsəsi İndoneziyanın paytaxtı Cakartanın Sucofindo binasında işə başladı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiya şöbəsinin verdiyi xəbərə görə bu açılış mərasimi Nəsruddin Ömər – İndoneziyanın Dini İşlər Nazirinin müavini, Məhəmməd Zeyn – Sədra Mədrəsəsinin rəis müavini, Ömər Səhab – mədrəsənin məsullarından və Heydər Baqir – İndoneziyanın Əl-Mizan nəşriyyatının rəisi və vətəndaşların iştirakı ilə keçirilmişdir.
İyul ayının 12-də keçirilən bu açılış mərasimində Ömər Səhab dedi: Bu növ mədrəsələrin az olduğu üçün Sədra mədrəsəsinin açılışı bir zərurət idi... İslam Fəlsəfəsi insanlara haqqı batildən ayırıb doğru yolu seçməkdə kömək edir.
Bu mədrəsənin müəllimlərinin çoxu Cameətul-Mustafanın məzunlarıdır.
Bu mədrəsə “Molla Sədra”nın – Məhəmməd bin İbrahim Qəvami Şirazi (Sədrul-mütəəllihin), adı ilə bağlıdır ki, o, böyük şiə filosofu olmuş və Əsfraul-ərbəə, Məbdə və məad, Hudusul-aləm, Məfatihul-qeyb və Mütəşabihatul-Quran əsərlərinin müəllifidir.
1053216
captcha