IQNA

Suriyanın Müdafiə Naziri öldürüldü

23:27 - July 18, 2012
Xəbər sayı: 2372295
Beynəlxalq qrup: Suriyanın Müdafiə Naziri bu gün (18 iyul) Suriya Milli Təhlükəsizlik binasının qarşısında terror edilərək öldürüldü.
1056787 –
İQNA-nın "Əl-Cəzirə" saytına istinadən verdiyi xəbərə görə Davud Racihə - Suriyanın Müdafiə Naziri, bu gün (18 iyul) Suriya Milli Təhlükəsizlik binasının qarşısında terror edilərək öldürüldü.
Bu partlayış baş verən zaman Suriya Təhlükəsizlik zabitləri bu binada iclas keçirirdilər. Bu iclasda iştirak edənlərdən bəziləri ölüb və bəziləri də yaralanıblar. Yaralılardan bəzisinin halı agır olaraq qalır.
Bəzi Ərəb agentlikləri xəbər veriblər ki, bu terror aktında Suriyanın baş nazirinin də yaralandığı ehtimal olunur.
captcha