İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiyanın Qərb regionu şöbəsinin verdiyi xəbərə görə Türkiyəli arxelogların iyul ayının 21-də apardıqları qazıntı zamanı bir sıra əlyazma nüsxələr və bir cild Qurani-Kərim kəşf edilmişdir.
İp parçaya bükülmüş halda tapılan bu quran hal-hazırda yoxlama üçün Atatürk universitetinə göndərilmişdir.
Dr. Hüseyin Yurttaş – Atatürk tarix və incəsənət unversitetinin ustadı və qazıntı məsulu, deyib: Bu qazıntı zamanı 16-cı miladı əsrə aid olan bir sıra tarixi əlyazma nüsxələr və bir cild Qurani-Kərim kəşf edilmişdir. Həmçinin 18-ci və 19-cu ərslərə aid fiqh, tarix kitabları və qızıl suyuna çəkilmiş Quran nüsxələri də bu qazıntı zamanı kəşf edilmişdir.
Qeyd edək ki, Övliya Çələbi – Osmanlı dövrü Türk yazıçısı və səyahətçi və səfərnaməçisi, öz yazılarında Kimah şəhərinin tarixi əsərlərinə işarə etmişdir.
1060165