IQNA

Misirin XX Beynəlxalq Quran yarışları bu gün işə başlayacaqdır

17:34 - August 06, 2012
Xəbər sayı: 2387033
Beynəlxalq qrup: Misirin XX Beynəlxalq Quran yarışları bu gün (6 avqust) Misir VəqfiyyatNazirliyinin təşəbbüsü ilə işə başlayacaqdır.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Əd-Dəstur" qəzetinə istinadən verdiyi xəbərə görə bu yarışlar Əhməd Təyyib – Əl-Əzhərin şeyxi, Tələt Əfifi – Misirin Vəqfiyyat nazirinin iştirakı və Məhəmməd Mursinin – Misirin prezidenti, himayəti ilə açıq elan olundu.
Əl-Əzhər İslam Mərkəzinin iştirakı ilə keçirilən bu yarışda 90 yarışçı Misirdən və 61 müxtəlif ölkədən iştirak edəcəkdir.
Misirin Vəqf Naziri dedi: Bu yarışlar Ramazan ayının 26-dək davam edəcək və qaliblər Ramazan ayının son cüməsində mükafatlandırılacaqlar.
Misir hər il cavanları Quran oxumağa təşviq etmək üçün bu yarışları keçirir. Yarışlar zamanı Misirin tarixi və mədəni abidələrinə baxış da keçiriləcəkdir.
1072019
captcha