IQNA

Bağdadda iki şiə ruhanisi şəhid edildi

22:50 - September 01, 2012
Xəbər sayı: 2402817
Beynəlxalq qrup: Dünən avqust ayının 31-də silahlı hücumçular iki şiə ruhanisini məsciddən çıxdıqları zaman güllə ilə öldürərək şəhid ediblər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "CRİ" saytına istinadən verdiyi xəbərə görə dünən avqust ayının 11-də silahlı hücumçular iki şiə ruhanisini – Əş-şuruq məscidinin camaat imamı Şeyx Arif Əbdürrəzzaqı və bu məscidin azançısını, Bağdadın şimal şərqində Əş-Şəəb məhəlləsində məsciddən çıxdıqları zaman güllə ilə öldürərək şəhid ediblər.
Həmçinin Çinin rəsmi xəbər agentliyinin (şinhua) verdiyi xəbərə əsasən dünən səhər də Bağdadın Əl-Müstənsəriyyə məhəlləsində silahlı şəxslər bir şiə ruhanisinə hücum edərək onu ağır yaralamış və onun sürücüsünü öldürmüşlər.
Bu terror hadisəsinin məsuliyyətini üzərinə götürəm olmayıb.
1088850
captcha