IQNA

Ankarada İslami ölkələrin tədqiqat mərkəzinin açılışı

16:26 - September 10, 2012
Xəbər sayı: 2409089
Siyasi qrup: İslami ölkələrin İctimai və İqtisadi təlim və tədqiqat və statistik ofisin yeni binası (SESRİC) Türkiyənin paytaxtı Ankarada işə başladı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiya regionu üzrə şöbəsinin verdiyi xəbərə görə bu mərkəz Əli Babacanın – Baş nazirin müavini və Cavad Yılmazın – İqtisadi İnkişaf naziri, iştirakı ilə sentyabr ayının 8-də Ankara şəhərində işə başlayıb.
Əli Babacan – Baş nazirin müavini, dedi: Biz istəyirik məhsullarımız və kapiyallarımız İslami Yoldaşlıq təşkilatına üzv dönlətlərin əlinə asanlıqla çatsın və zaman keçdikcə bu ölkələr arasındakı sərhədlər götürülsün. Türkiyənin 28% ticarəti İslami yoldaşlıq təşkilatına üzv dövlətlərlə həyata keçirilir. Bu ölkələr bu cür əlaqələri genişləndirmək üçün çalışırlar.
Qeyd edək ki, bu mərkəz İslami yoldaşlıq təşkilatına üzv olan dövlətlərin təlim fəaliyyətlərini üzərinə götürmüşdür.
1094664
captcha