IQNA

Tanzania müsəlmanları etiraz aksiyası keçirdilər

20:30 - September 23, 2012
Xəbər sayı: 2418039
Siyasi şöbə: Minlərlə Tanzanialı müsəlman etiraz aksiyası keçirərək İslam Peyğəmbərinə hörmətsizlik olunan filmi məhkum etdilər.
İQNA xəbər agentliyinin məlumatına əsasən, şənbə günü minlərlə Tanzanialı müsəlman bu ölkənin paytaxtı Darus-səlam şəhərində etiraz aksiyası keçirərək İslam Peyğəmbərinə hörmətsizlik olunan filmi məhkum etdilər. Etirazçılar Amerika və Sionist rejiminin əleyhinə şüarlar səsləndirdikdən sonra İslam əleyhinə hazırlanmış film barədə bəyanat verdilər.
Bu bəyanatda Tanzanianın dini işlər üzrə baş katibi Şeyx Punda İsa Punda bu ölkədə Amerika səfirliyinin bağlanmasını və internet şəbəkələrinə filter qoyulmasını tələb etdi.
O sonda dedi: Bu ölkədə yerləşən İzrail səfirliyi də tez bir zamanda bağlanmalıdır. Əks təqdirdə bu ölkənin müsəlmanları daha sərt və daha ciddi addımlar atacaqlar.
1104893.
captcha