İQNA xəbər agentliyinin “OIC” xəbər bürosuna istinadən verdiyi məlumata əsasən, Əkməluddin Ehsanoğlu hadisə zamanı həlak olanarın yaxınlarına başsağlığı verdikdən sonra bütün siyasi qruplardan ixtilaflara son vermələrini və ölkənin milli mənafeini nəzərə alaraq onun vəhdəti uğrunda çalışmalarını istədi.
Qeyd edək ki, dünən Salman Farsinin məzarını ziyarət etmək üçün Mədain şəhərinin yaxınlığında hərəkətdə olan iranlı zəvvarların avtobusuna hücum zamanı 3 iranlı zəvvar şəhid olmuş və 18 nəfər yaralanmışdır. Hücum zamanı həmçinin İraqın 4 təhlükəsizlik qüvvəsi və 2 yerli sakin də şəhid olmuşlar.
1110872.