IQNA

Məscidul-Əqsanın himayəsi üçün mitinq çağırışı

23:58 - October 08, 2012
Xəbər sayı: 2428165
Beynəlxalq qrup: Əhməd Əbu Hələbiyyə - Məscidul-Əqsa və Qüds komitəsinin rəisi, Fələstinin Qanunvericilik Şurasında dünya müsəlmanlarından Məscidul-Əqsanın himayəsi üçün genişmiqyaslı mitinq etmələrini istədi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Palestine İnfo" saytına istinadən verdiyi xəbərə görə Əhməd Əbu Hələbiyyə - Məscidul-Əqsa və Qüds komitəsinin rəisi, oktyabrın 7-də keçirdiyi mətbuat konfransında Fələstinli qruplaşmalardan istədi ki, vəhdət təşkil edib ixtilaflara son qoyaraq Məscidul-Əqsa, Müqəddəs Məkanlar və Qüdsdən himayələrini elan etsinlər.
O həmçinin dünyanın ərəbdilli ölkələrindən və müsəlmanlarından, İslami və Ərəbi cəmiyyətlərdən, təşkilatlardan, BMT-dən, İslami Həmkarlıq təşkilatından və Ərəb Biriliyi təşkilatından istədi ki, oktyabrın 12-də Cümə günü genişmiqyaslı mitinqlər təşkil edərək Məscidul-Əqsa, Müqəddəs Məkanlar və Qüdsdən himayələrini elan etsinlər və İsrailin cinayətlərinə son qoymaq üçün iş görsünlər.

1115688
captcha