IQNA

21:47 - October 14, 2012
Xəbər sayı: 2431461

Bəhreynin "Əl-Vifaq" təşkilatının baş katibi cinayət istintaq idarəsinə çağırıldı

Beynəlxalq qrup: Bəhreynin Milli İslami "Əl-Vifaq" təşkilatının baş katibi Misirə səfəri ilə bağlı cinayət istintaq idarəsinə çağırıldı.

İQNA-nın (İran Quran Xəbər Agentliyi) Əl-Aləm saytına istinadən verdiyi xəbərə görə Şeyx Əli Salman - Bəhreynin Milli İslami "Əl-Vifaq" təşkilatının baş katibi, oktyabr ayının 13-də Bəhreyinin cinayət istintaq idarəsinə çağırış vərəqəsi aldı ki, buna əsasən o, Bəhreyinin cinayət istintaq idarəsinə getməli və Misiriə səfəri haqqında sorğu-sual olunmalı idi.
Bəhreynin Milli Nazirliyi Şeyx Əli Salmanı xaricdə yalan xəbərlər yaymaqda və Misirin daxili işlərində qarışmaqda günhalandırır.
Qeyd edək ki, Şeyx Əli Salman və yoldaşları Qahirəyə neçə günlük səfər etmiş və sonra Mənameyə qayıdıblar.
Misirin Siyasi Partiyaları bu səfərdə Bəhreyn İnqilabını himayə etdiklərini bildirmiş və Ali-Xəlifə rejiminin müxaliflərinin tələblərinin həyata keçirilməsini istəmişdilər.

1119321
captcha