İQNA-nın (İran Quran Xəbər Agentliyi) "ruvr" saytına istinadən verdiyi xəbərə görə mərakeşli müsəlman hakerlərin beynəlxalq qrupu Avropanın ən böyük qumar saytı olan "EuroMillions" saytını məhv edərək saytın ana səhifəsinə Qurani-Kərimdən şeytan əməli olan qumar və şərabı məzəmmət edən ayələr yazdılar.
Bu mərakeşli haker qrupu mübarək Maidə surəsinin 90-91-ci ayələrini və bu ayələrin fransızca tərcüməsini saytın ön səhifəsinə yerləşdirdilər.
«يا أَیُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْخَمْرُ وَالْمَیْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّیْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ». «إِنَّمَا یُرِيدُ الشَّیْطَانُ أَن یُوقِعَ بَیْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِی الْخَمْرِ وَالْمَیْسِرِ وَیَصُدَّكُمْ عَن ذِكْرِ اللّهِ وَعَنِ الصَّلاَةِ فَهَلْ أَنتُم مُّنتَهُونَ».
" Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?".
Qeyd edək ki, bu sayt Avropanın ən böyük qumar saytıdır ki, avropanın 9 ölkəsində fəaliyyət göstərir və on milyonlarla yevro dəyərində qazanc əldə edir.
1128908