IQNA

Avropa Birliyi Miyanmarda zərərçəkmişlərə 4 milyon yevro dəyərində kömək edəcək

23:30 - November 05, 2012
Xəbər sayı: 2443282
Siyasi qrup: Avropa Birliyi Miyanmarda zərərçəkmiş müsəlmanlara, regionda daimi sülhün bərpası məqsədi ilə və müştərək yoldaşlıq üçün 4 milyon yevro dəyərində maddi vəsait kömək etməyə hazır olduğunu bildirib.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Avropa regionu üzrə şöbəsinin verdiyi xəbərə görə Xoze Manuel Barusu – Avropa Birliyi Komissiyasının rəisi, bazar günü noyabr ayının 4-də Miyanmar Respublikasının Prezidenti ilə görüşündə bu ölkədə müsəlmanların qətliamına son qoyulmasını istəyərək Miyanmarda zərərçəkmiş müsəlmanlara, regionda daimi sülhün bərpası məqsədi ilə və müştərək yoldaşlıq üçün Avropa Birliyinin 4 milyon yevro dəyərində maddi vəsait kömək etməyə hazır olduğunu bildirib.
O, son hadisələrə rəğmən belə yenə də Miyanmar məsullarının bu işlərə son qoyacaqlarına və demokratiyanın bərpa edilməsinə ümidvar olduğunu deyib.

1131894
captcha