IQNA

20:44 - January 06, 2013
Xəbər sayı: 2476184
Beynəlxalq qrup: Avropanın ilk Quran yarışları Almaniyanın "Darul-Quranil-Kərim" Təşkilatının təşəbbüsü ilə Azan, Dini Nəğmələr (Təvaşih), Quranın hifzi, qiraəti və mənaları üzrə 2013-cü ilin mart ayının 15-dən 17-dək Almaniyada keçiriləcəkdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "izhamburg" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə bu yarışlar Quran maarifini yaymaq, Quran öyrənənlərin istedadlarının çiçəklənməsi, qari və hafizlərin Quranla daha çox ünsiyyətdə olması, Avropa Quran Cəmiyyətlərində birlik yaratmaq və qari və hafizlərin bir-birinin təcrübələrindən faydalanması məqsədi ilə təşkil edilmişdir.
Bu yarışlar Quranın 30, 20, 10 və 5 cüz üzrə hifzi, qiraəti və mənası, azan və dini nəğmələr üzrə qadın və kişilərdən ibarət olaraq 16 yaş və 16 yaş üstünə qrupları arasında keçiriləcəkdir.
Quranın mənası üzrə yarışlar Alman, Fars, İngilis və Türk dillərində Hamburnqun İslam Mərkəzində keçiriləcəkdir.
Avropanın bütün sakinləri bu yarışlarda iştirak edə bilərlər.
Ətraflı məlumat almaq istəyənlər Almaniyanın Quran Evinin rəsmi saytına – "Haus-des-koran.de" müraciət edə bilərlər.
1166714
Ad:
E-poçt:
* Comment:
* captcha: