IQNA

Misirdə "Quranın hifzi (əzbərləmə) metod və bacarıqları" toplantısı keçiriləcəkdir

23:58 - January 25, 2013
Xəbər sayı: 2485815
Beynəlxalq qrup: Misirin "Əl-Ain əs-Sukhna – العين السخنة" şəhərində yanvar ayının 27-dən 30-dək "Quranın hifzi (əzbərləmə) metod və bacarıqları" toplantısı keçiriləcəkdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "İSESCO"nun rəsmi xəbər saytına istinadən verdiyi xəbərə görə bu toplantı İslami Təlimlər, Elmlər və Mədəniyyət təşkilatının (İSESCO) təşəbbüsü, Əl-Əzhər universitetinin elmi heyətinin üzvləri, Misir Quran müəssisələri və müxtəlif İslam ölkələrindən olan 50-dən çox Qari və Hafizin iştriakı ilə keçiriləcəkdir.
Toplantının həfədi Quranın oxunuşu və hifzi üzrə yeni metod və bacarıqların tanıdılması, Quranın hifzi haqqında yeni tədqiqatların nəticəsinin açıqlanması və Quranın düzgün əzbərlənməsi mədəniyyətinin yayılmasıdır.

1177237
captcha