İQNA-nın (İran Quran Xəbər Agentliyi) "saphirnews" xəbər saytına istinadən verdiyi xəbərə görə Taylandın Daxili Təhlükəsizlik Əməliyyatının Komandiri dünən (8 fevral 2013) keçən ilin oktyabr ayından indiyədək altı min nəfərə yaxın Runəngiyada (Raxin) yaşayan və buddistlər tərəfindən dini və irqi ixtilaflara görə qətliama məruz qalan Miyanmarlı müsəlmanların Taylanda köç etdiyini və sığındığını xəbər verib.
Taylandın Daxili Təhlükəsizlik Əməliyyatının sözçüsü vurğulayıb: Bu qaçqınlarla qeyri-qanuni sığınacaq axtaranlar kimi rəftar olunur və yalnız onların ilk ehtiyacları üçün onlara kömək edilir.
Hal-hazırda Taylandın XİN-i başqa dövlətlərlə bu qaçqınlara sığınacaq verilməsi barədə danışıqlar aparır. Və buna görə də Miyanmar dövlətindən onlara şəxsiyyət vərəqəsinin verilməsini istəyib.
Qeyd edək ki, Miyanmar dövləti 1982-ci ildən indiyədək hələ də Raxina müsəlmanlarını rəsmi tanımaq istəmir və onlara qarşı zorakılıq işlədilir.
1185580