İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Əl-Aləm" TV kanalının rəsmi internet xəbər saytına istinadən verdiyi xəbərə əsasən Bəhreyn İnqilabçıları bu ölkənin əhalisini sabah 14 Fevral Bəreyn İnqilabının ikinci ildönümü günü kütləvi aksiyada iştirak etməyə çağırdılar.
Dünən gecə Bəreynin müxtəlif bölgələrində geniş və dinc aksiya keçirildi.
Sitrə və Ənnəim bəzi bölgələrdə Ali-Xəlifə qüvvələri xalqa hücum edərək onlara zəhərli gazlarla atəş açdılar.
Həmçinin Şeyx Əli Salman – Vifaq birliyinin baş katibi, bu ölkədə demokratiyanın həyata keçiriləcəyini vurğulayıb.
O, Ali-Xəlivə rejiminin həbs, məhkəmə və təziqlərinin artırmasına işarə edərək bu rejimin xalqa qarşı xoy niyyətli olmadığını deyib.
O, 1800 bəhreynlinin siyasi fəaliyyətə görə həbs olunduğunu önə çəkərək İnqilabçıların dövlət quraraq Bəhreynin problemlərinin həllinə qadir olduğlarına təkid edib.
1187872