IQNA

7:38 - February 21, 2013
Xəbər sayı: 2500146
Siyasi qrup: Tacikistan dövləti özünün anti-İslam və İslamofobiya siyasətlərinin davamında paytaxt Duşənbənin "Şah Mənsur" və "Sultan Kəbir" bazarlarındakı iki böyük məscidini bağlayaraq onların fəaliyyətini dayandırıb.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Mərkəzi Asiya Şöbəsinin verdiyi xəbərə görə Tacikistanın Dini Qurumlarla İş İdarəsi ötən bazar günü (17 fevral) heç bir səbəb bildirmədən bu iki məscidi bağlayıb.
Tacikistan İslam partiyası bu hadisə barədə deyib: "Bu məscidlərə hər gün 100 nəfərdən 400 nəfərə kimi dindar namazqılan gəlirdi və dövlətin Dini Qurum və polis rəhbərləri namazqılanları cərimə etməklə yanaşı onlara məsciddə namaz qılmağı qadağan etdilər".
Qeyd edək ki,Tacikistan dövləti 1990-cı ildən ölkədə İslamofobiya siyasəti yürütməyə başlayıb, beləki Tacikistan dövləti həmin ildən gənc və yeniyetmələrin məscidlərə getməsi və dini mərasimlərdə iştirak etməsini qadağan edib.

1190990
Ad:
E-poçt:
* Comment:
* captcha: