IQNA

İran İslam Respublikası regional əməkdaşlıqda qabaqcıldır

7:13 - March 17, 2013
Xəbər sayı: 2512052
Siyasi qrup: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İranın regional konvergensiya və əməkdaşlığın gücləndirilməsini himayə etməsinə işarə edərək dedi: "İran İslam Respublikası regional kollektiv əməkdaşlıqların gücləndirilməsində həmişə qabaqcıl olmuşdur".
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya İdarəsinə istinadən verdiyi xəbərə görə Ramin Mehmanpərəst - İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü, regionda bölgə əməkdaşlıqlarının gücləndirilməsi məqsədi ilə Fars Körfəzi Ölkələrindən mütəşəkkil bir təşkilatın yaradılması təklifi barədə fikir bildirərək dedi: Bu məsələ illər öncə də bəzi elmi-siyasi dairələrdə region ölkələrinin bəzi diplomatik nümayəndələri və rəsmiləri tərəfindən təklif olunmuşdu və son günlərdə də Qətərin Baş Naziri Universitet toplantısında bu mövzuya toxunmuşdur.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü əlavə etdi: Bildiyiniz kimi İran İslam Respublikası özünün əsas siyasi qanunlarına əsasən həmişə regional əməkdaşlıqların gücləndirilməsi və genişləndirilməsi yönündə olan addımları himayə etmiş və regional kollektiv əməkdaşlıqların gücləndirilməsində həmişə qabaqcıl olmuşdur".

1204901
captcha