Höccətul-İslam vəl-Müslimin Məhəmməd Nəqdi - "Vəhyin Tərcüməsi" elmi-mədəni müəssisəsinin rəisi, İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) jurnalisti ilə müsahibəsində dedi: Bizim İİR-da Quranın müxtəlf dillərə təcümə olunmasında həflərimizdən biri məzhəb savaşından uzaq şəkildə bu müqəddəs kitabın tərcümə olunması və dünyada yayılmasıdır.
Bu gün müsəlman aləminin əsas problemlərindən biri məzhəb savaşıdır ki, onları bu müqəddəs kitabın ətrafında bir olmağa qoymur. ABŞ və Qərb də İslamı həmin silahla məhv etmək istəyirlər.
Buna görə də bizim müəssisə çalışır ki, məzhəb savaşlarına Quran tərcüməsinə çəkmədən Quranın müxtəlif dillərə tərcümə etsin və hədəf ölkələrdə paylasın.
Hədəf isə bidir ki, dünyanın hər bir azad insanı məzhəbi ixtilaflardan uzaq olan bu müqəddəs kitabı oxuyaraq axtardığı mənəvi saflığı onda tapa bilsin.
Müəssisə indiyədək Qurani-Kərimi İngilis, Amerika, Kanada, İspan, Çin, Fransız, Hind, Türk, Azərbaycan və digər dillərdə təcümə etmiş və hədəf ölkələrdə paylamışdır.
Hal-hazırda Quani-Kərimin 22 dilə tərcüməsi işlənilir. Bundan 7 dilə təcümə çap edilmiş və 6 tərcümə çapa hazırlanır.
1214609