IQNA

Fələstində yardım fəaliyyətlərinin çöküşü barədə 53 beynəlxalq təşkilatın xəbərdarlığı

10:04 - January 04, 2026
Xəbər sayı: 3499529
İQNA – 53 beynəlxalq qeyri-hökumət təşkilatı birgə bəyanat yayaraq xəbərdarlıq edib ki, sionist rejim kabinetinin tətbiq etdiyi yeni inzibati qaydalar və qeydiyyat prosedurları Qəzza zolağı və Qərb Sahilində (o cümlədən Şərqi Qüdsdə) onlarla yardım qurumunun fəaliyyətini yaxın 60 gün ərzində tamamilə dayandırmaq təhlükəsi ilə üz-üzə qoyub.

“İQNA”-nın “Fələstin” İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bəyanatda vurğulanır ki, davamlı və kəskin humanitar ehtiyaclara baxmayaraq, “İsrail” tərəfindən məcburi tətbiq edilən yeni qeydiyyat prosedurları onlarla beynəlxalq təşkilatın mövcudluğunu təhdid edir. Əgər bu proses dəyişdirilməsə, həmin təşkilatlar ən geci iki ay ərzində işğal olunmuş Fələstin ərazilərində fəaliyyətlərini dayandırmağa məcbur qalacaqlar. 

Təşkilatların sözlərinə görə, beynəlxalq qurumların aradan qaldırılması geniş miqyaslı tibb mərkəzlərinin bağlanmasına, ərzaq yardımlarının yarısından çoxunun paylanmasının dayanmasına, sığınacaq xidmətlərinin çökməsinə və həyati tibbi xidmətlərin – o cümlədən Qəzzada ağır qidalanma çatışmazlığından əziyyət çəkən bütün uşaqların müalicəsinin – kəsilməsinə səbəb olacaq. 

Bəyanatda qeyd olunur ki, humanitar yardıma çıxış beynəlxalq qanunlara görə hüquqi bir öhdəlikdir, siyasi məsələ deyil. Buna görə də “İsrail”in son addımları qəsdən seçilmiş bir siyasət kimi mülki şəxslərin və yardımçıların həyatını təhlükəyə atır və humanitar fəaliyyətlərin müstəqilliyini ciddi şəkildə zəiflədir. 

4326601

captcha