“İQNA”, “Əl-Məsirə” kanalına istinadən xəbər verir ki, Ənsarullah hərəkatı rəsmi bəyanatında ABŞ-ın Venesuelaya hərbi hücumunu bu ölkə xalqına qarşı açıq və cinayətkar təcavüz kimi qiymətləndirib və bunu Venesuelanın milli suverenliyinin, beynəlxalq qanun və normaların açıq şəkildə pozulması adlandırıb.
Bəyanatda qeyd olunub ki, ABŞ-ın son addımları – hərbi hücum, hava blokadası, Venesuelanın neft gəmilərinin müsadirəsi və talanı – Amerikanın zorakılıq dərəcəsini və cinayətlərinin miqyasını göstərir və Vaşinqtonun xalqlara və onların sərvətlərinə qarşı dağıdıcı siyasətlərinin başqa bir nümunəsidir.
Ənsarullah vurğulayıb ki, ABŞ-ın Venesuelaya qarşı davranışı bir daha sübut edir: “Bu ölkə dünyada şərin, terrorizmin və fəsadın mənbəyidir və xarici siyasətində öz məqsəd və şər planlarını həyata keçirmək üçün güc məntiqindən istifadə edir”.
Hərəkat həmçinin Venesuelaya və onun prezidenti Nikolas Maduroya dəstəyini ifadə edib. Maduro ABŞ-ın hegemonluğuna boyun əyməyib və xalqı ilə birlikdə Fələstin xalqının haqqını müdafiə edib. Ənsarullah Venesuelanın suverenliyini, xalqını və sərvətlərini ABŞ təcavüzünə qarşı müdafiə etmək hüququnu vurğulayıb.
Bu hərəkat dünya ictimaiyyətini çağırıb ki, ABŞ-ın bu təcavüzünü dayandırmaq üçün təcili addımlar atsın və xalqların suverenliyini və insanların mənafeyini qoruyan beynəlxalq prinsiplərə və qanunlara hörmət etsin.
Bəyanat bu gün, şənbə səhəri yayımlanıb. ABŞ ordusu aylarla Karib dənizində hərbi mövcudluqdan sonra Venesuelaya, xüsusilə Karakas şəhərinə qarşı rəsmi hücumlara başlayıb.
Venesuela hökuməti bu hadisələrə cavab olaraq ABŞ ordusunu “hərbi təcavüz”də ittiham edib və Vaşinqtonun addımlarının ölkənin sabitlik və təhlükəsizliyini hədəfə aldığını bildirib.
Son hadisələrdə ABŞ prezidenti Donald Tramp ilk reaksiyasında sosial şəbəkəsində paylaşdığı mesajda iddia edib ki, “Amerikanın Venesuelaya və bu ölkənin prezidentinə qarşı böyük əməliyyatı uğurlu olub”. O, Maduro və həyat yoldaşının həbs edildiyini və Venesueladan çıxarıldığını irəli sürüb.
Son gedişatlar ABŞ-ın son həftələrdə həyata keçirdiyi bir sıra addımların davamı kimi baş verib. Bunlara pilotsuz təyyarə hücumları, Venesuela ilə bağlı gəmilərin məhv edilməsi, neft tankerlərinin blokadası və Karib dənizində ABŞ-ın hərbi mövcudluğunun artırılması daxildir. ABŞ rəsmilərinin iddiasına görə, bu addımlar narkotik qaçaqmalçılığı ilə mübarizə məqsədi daşıyır. Lakin Maduro və Venesuela rəsmiləri dəfələrlə vurğulayıblar ki, narkotik sadəcə bir bəhanədir, ABŞ-ın əsas məqsədi bu ölkənin neftini və sərvətlərini talamaqdır.
4326713