IQNA

Suriyada Ələvilərin İslam Şurasının rəhbərlərindən birinin oğurlanması

8:35 - December 29, 2025
Xəbər sayı: 3499496
İQNA – Suriyanın İnsan Haqları Müşahidə Mərkəzi, Ələvilərin Ali İslam Şurasının rəhbəri Şeyx Əli Həlhəlin Tartus vilayətində Colani qruplaşmasının üzvləri tərəfindən həbs edilərək naməlum bir yerə aparıldığını bildirib.

“İQNA”-nın “ən-Nəhar”a istinadla verdiyi xəbərə görə, Suriyanın İnsan Haqları Müşahidə Mərkəzi açıqlayıb ki, Colani rejiminə bağlı qüvvələr, Şeyx Əli Məhəmməd Həlhəli – Tartus vilayətində Ələvilərin İslam Şurasının rəhbərini, Şeyx Ğazal Ğazalın etiraz və oturaq aksiyalarda iştirak çağırışına cavab verdiyi üçün həbs ediblər. 

Müşahidə Mərkəzinin məlumatına görə, bu həbs Şeyx Həlhəlin yayımladığı bəyanatdan sonra baş verib. O, həmin bəyanatda Şeyx Ğazalın tələblərini dəstəklədiyini açıqlamış və məzhəb üzvlərini küçələrə çıxaraq etiraz və oturaq aksiyalarda iştirak etməyə çağırmışdı. Bu addım Colani rejiminin təhlükəsizlik qüvvələrinin zorakı müdaxiləsinə səbəb olub. 

Müşahidə Mərkəzi vurğulayıb ki, Şeyx Həlhəlin həbsi etiraz çağırışlarının təhlükəsizlik orqanları tərəfindən zorla yatırılması çərçivəsində həyata keçirilib. Suriyalı rəsmilər isə onun həbs şəraiti və saxlanıldığı yer barədə heç bir rəsmi açıqlama verməyiblər. 

Şeyx Əli Məhəmməd Həlhəl, Tartus vilayətində Ələvilərin İslam Şurasının rəhbəri kimi fəaliyyət göstərən və Suriyanın sahil bölgəsində tanınmış dini simalardan biridir. Son illərdə onun adı sosial, dini və siyasi məsələlərlə bağlı mövqeləri, ictimai çıxışları, həmçinin bölgə əhalisinin və təmsil etdiyi ələvi cəmiyyətinin qanuni tələblərini dəstəkləyən etiraz çağırışları ilə gündəmə gəlib. 

4325588

captcha