IQNA

Son on ildə 40 min nəfər britaniyalı Müqəddəs İslam dinini qəbul etmişdir

20:58 - April 20, 2013
Xəbər sayı: 2521507
Beynəlxalq qrup: "Faith Matters" tədqiqat qrupunun ən yeni hesabatına əsasən son on il ərzində Britaniyada 40 min nəfərdən çox vətəndaş Müqəddəs İslam dinini qəbul etmişdir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "LETEMPSDZ" xəbər agentliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə "Faith Matters" tədqiqat qrupunun 2011-ci ildə apardığı tədqiqatlara görə Britaniyada 2011-ci ildə 5200 nəfər İslam dinini qəbul etmişdir ki, onların arasında qadınlar çoxluq təşkil edirlər.
"Faith Matters" qrupunun ən yeni hesabatına əsasən son on il ərzində Britaniyada 40 min nəfərdən çox (80 faiz inkişaf) vətəndaş Müqəddəs İslam dinini qəbul etmişdir. Həmçinin hesabatda deyilir ki, İslam dinini yeni din olaraq seçmiş britaniyalıların hər 3 nəfərindən 2 nəfəri cavanlardan ibarətdir ki, onların yaşı 27-30 yaş arasındadır.
Cavanlarının İslam dininə meyl etməsinin səbəbi isə Britaniya ictimaiyyətində mənəviyyatın sönük olması, anti-din və anti-əxlaq fəaliyyətlərin qərbdə çoxalması kimi göstərilmişdir.

1214848
captcha