İctimai qrup: Rusiyada Moskvanın "Fioriya" nəşriyyatının təşəbbüsü ilə dini etiqad, tarix, mədəniyyət və sair mövzuları əhatə edən "Geniş İslam Atlası" hazırlanır.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Avropa şöbəsinin verdiyi xəbərə görə Rusiyanın Müftilər Şurasının Ümumi Əlaqələr şöbəsinin şənbə günü aprel ayının 20-də keçirdiyi mətbuat konfransında bu xəbər elan olunub ki, Rusiyada Moskvanın "Fioriya" nəşriyyatının təşəbbüsü ilə dini etiqad, tarix, mədəniyyət və sair mövzuları əhatə edən "Geniş İslam Atlası" hazırlanır.
Bu xəbərə əsasən yeni İslam Atlası İslam Elmləri alimlərinin və mütəxəssislərinin, dini müəssisələrin, Moskvanın və Kazanın elmi təlim təşkilatlarının iştirakı ilə ilk dəfə olaraq hazırlanır və 2013-cü ilin sonunadək çapa hazır olacaqdır.
1216689